BAŞ SƏHİFƏ HAQQIMIZDA SERVİS MƏNTƏQƏLƏRİ MƏHSULLAR YAĞ SEÇİMİ FAYDALI Q8OİLS RƏSMİ SAYTI ƏLAQƏ

Haqqımızda

Q8Oils zavodu
Azərbaycanda rəsmi distribyutoru olduğumuz Q8Oils zavodu dünyada neft nəhəngi olan Kuwait Petroleum Corporation (KPC) şirkətinin bir qolu kimi keçən əsrin 80-ci illərndən geniş yayılmağa başlamışdır. 40 il ərzində Q8Oils ən yaxşı ticarət nişanı kimi özünü tanıtmış,nəinki Avropa və Asiyada, həmçinin Amerikada da geniş satış şəbəkəsi qura bilmişdir. Q8Oils Uzaq Şərqdə sürətlə inkişaf edən Çində sürtgü yağlarının effektif istifadəsi və təcrübəsini həyata keçirmişdir.
Q8Oils məhsulları Hollandiya, Belçika, Danimarka, İtaliya, İsveç və Böyük Britaniyada yerləşən və ISO9001, ISO9002, QS9000 üzrə sertifikatlaşdırılmış zavodlarda 1000-dən artıq müxtəlif çeşiddə istehsal olunur. Q8Oils yağları yalnız Avropadan idxal edilir və APİ, ACEA, ILSAC və digər standartlarının ən yüksək tələblərinə cavab verir. Q8Oils həmçinin aparıcı avtomobil istehsalçılarının (Mercedes-Benz, BMW, Volkswagen, GMC, Porsche, Ford, MAN, Volvo, DAF, Renault, Mack, Scania, Allison və s.) rəsmi buraxılışlarına malikdir.
Q8Oils minik və yük avtomobilləri, aqrar və tikinti texnikası, gəmi mühərrikləri və hissələri, eləcə də metallurgiya, energetika və digər sahələrdə istifadə olunan texnikalar üçün standartlara cavab verən, hər fəsilə uyğun, sintetik, yarımsintetik və mineral tərkibli yağlar, hidravlika və transmissiya yağları, antifrizlər və digər mayelər təqdim edir.
Bu ticarət nişanının güclü tərəfi – yüksək keyfiyyətli baza yağıdır. Neft sahəsində “xam neftin etalonu ” kimi tanınmış Kuwait Export Crude unikaldır və onun tərkibi yüksək keyfiyyətli baza yağı hazırlanması üçün əvəzedilməzdir.
Q8Oils zavodu
Q8Oils məhsullarının əsas xüsusiyyəti ondan ibarətdir ki, həm zavodun laboratoriyalarında, həm də müstəqil institutlarda ən ciddi testlərdən keçirilir və bunu da keyfiyyət qarantı kimi qeyd etmək olar.

Q8Oils müştərilərinə nəinki sürtkü yağları, həmçinin texniki ekspertiza dəstəyi də göstərir. Q8Oils ilk növbədə müştərilərlə əməkdaşlıq çərçivəsində onların sorğularını cavablandırmağa çalışır və onların tələblərinə cavab verən məhsullar hazırlayır. Nəqliyyat sahəsində bazarda olan minik, yük avtomobillərinin texniki komponentləri daim izlənilir və günün tələblərinə uyğun olaraq yanacağa maksimum qənaət edən və zərərli tullantıların havaya atılmasını minimuma endirən yağlar hazırlanır.

Həmçinin Hollandiyada yerləşən 3 elmi – tətqiqat mərkəzlərindən biri olan Kuwait Petroleum Research & Technology mükəmməl elmi - araşdırma mərkəzi kimi tanınmışdır, bu mərkəz Q8Oils-in yeni çeşidlərinin hazırlanmasında böyük rol oynayır və Q8Oils-in digər şirkətlərdən üstünlüyünü təmin edir.

Bu texniki yeniliklər inkişaf edən texniki komponentlərin tələblərinə cavab verməyə və ətraf mühitin qorunmasına imkan verir.

Kənd təsərrüfatı və tikinti sahəsində ağır yük altında və gərgin iş rejimində işləyən texnikalar üçün Q8Oils yağları yüksək etibarlılıq və texnikaların qorunmasını təmin edir. Q8Oils sürtkü yağları sürətli avtomobil yarışlarında da özünü doğrultmuşdur.

Müxtəlif ölçülü gəmilərdə gərgin iş rejimində işləyən dizel mühərriklərindən tutmuş kiçik ölçülü qayıqların bortdan kənar mühərriklərinədək geniş spektrdə istifadə olunan Q8 Marine Engine Oil, Q8 Mozart, Q8 Outboard və Q8 Sterntube qrupundan olan sürtkü yağları korroziyadan maksimum müdafiə və mühərrikin uzunömürlü və etibarlı istifadəsi üçün əlverişlidir.
Energetika sahəsində hava turbinlərinə texniki xidmət çox xərc tələb etdiyindən onlara yüksək effektivli sürtkü yağları lazım olur. Bu sahədə Q8 Goya NT və Q8 El-Greco bir çox müştərilərimiz üçün həll variantı kimi özünü göstərmişlər. Qaz turbinləri və mühərrikləri üçün ekstremal şəraitdə bütün sutka boyu etibarlı işi təmin edən Q8 Mahler yağları isə milyon saatlıq uğurlu işindən sonra bazarda lider kimi tanınmışdır. Gündən günə enerjiyə olan tələbatın yüksəlməsi elektrik stansiyalarında effektivliyin artırılmasını gündəmə gətirir. Q8 van Gogh və Q8 van Gogh EP turbin yağları müştərilərə ən çətin tapşırıqları belə yerinə yetirməyə kömək edir.

Q8Oils həmçinin sənayenin müxtəlif sahələrində istifadə olunan yüksək keyfiyyətli Q8 Induco avadanlıq yağları, Q8 Michelangelo A transformator yağları, Q8 Goya, Q8 Gade, Q8 El Greco reduktor yağları və müxtəlif sahələrdə istifadə olunan Q8 Puccini və Q8 Paganini texnoloji yağlarını təqdim edir. Eyni zamanda zəncir tipli avadanlıqlar üçün Q8 Chain Oil, qazma qurğuları və pnevmatik avadanlıqlar üçün Q8 Chopin yağları istehsal olunur.
Q8Oils zavodu

Q8Oils sənayedə istilik ötürücü vasitə kimi Q8 Gluck, eləcə də avadanlıqların yağlardan təmizlənməsi üçün Q8 Degreasing Fluid mayelərini də təqdim edir.

Müxtəlif sahələrdə istifadə olunan geniş çeşidli və fərqli iş rejiminə malik kompressorlar üçün Q8 Stravinsky, Q8 Gluck, Q8 Scarlatti, Q8 Schubert, Q8 Schumann qrup yağları təklif edilir.
Kağız emalı sənayesində istifadə olunan avadanlıqların uzunömürlülüyünü və etibarlı istismarını təmin etmək üçün Q8 Vermeer WD yağları ən gözəl seçimdir.

Q8Oils tikinti-quraşdırma sahəsində istifadə üçün də geniş spektrdə sürtkü yağları təklif edir. Bunlardan Q8 da Vinci qrupuna aid yağları göstərmək olar.

Qeyd olunanlarla yanaşı sənaye, tikinti və aqrar sahədə istifadə olunan ağır texnikalar üçün hidravlika yağları, o cümlədən korroziyaya qarşı istifadə olunan Q8 Holst, çirkli ekoloji vəziyyətdə çalışan texnikalar üçün Q8 Holbein, temperaturun tez-tez dəyişdiyi çətin yol şəraitində işləyən texnikalar üçün Q8 Handel və Q8 Heller, müxtəlif hidravlik sistemlərdə istifadə olunan Q8 Haydn yağları ən düzgün seçimdir.

Müsair dünyada metal emalı sənayesi xüsusi ixtisaslaşdırılmış sürtkü yağlarının istifadəsini tələb edir. Bu sahədə Q8Oils dünya bazarında liderdir. Q8Oils şirkəti dünyaya göstərdi ki, yağ və su həqiqətən də bir-biri ilə qarışa bilir. Q8Oils həmçinin məftil çəkmə sahəsində də sürtkü yağları seriyasını təqdim edir.

Q8Oils metalı korroziyadan qorumaq üçün Q8 Ravel qrupuna aid konservasiya yağlarını, ötürücü avadanlıqlar üçün Q8 Wagner, mis, nerj və latun metalın soyuq dövretməsi üçün Q8 Bach RFX, eləcə də Q8 Beethoven, Q8 Brahms XVO, Q8 Baroni XEPL, Q8 Berlioz yağlarını təqdim edir.

ABŞ və uzaq şərqdə Q8Oils şirkətinin öz müştərilərinə təqdim etdiyi yüksək texnologiyalı məhsullar onlara müəssisələrinin istehsal qabiliyyətini artırmağa imkan verir. Ağır sənaye, o çümlədən, metal-prokat sahəsində Q8Oils zavodu aparıcı metal-prokat avadanlığı istehsalçıları ilə əməkdaşlıq edir. Bu gün Q8Oils metal emalı sənayesində bir sıra nəhəng istehsal komplekslərini sürtkü yağları ilə təmin edir və bu sahədəki aparıcı istehsalçılar tərəfindən qiymətləndirilmişdir.

Məhsulun keyfiyyəti ilə yanaşı Q8Oils şirkətinin personalının peşəkarlığı da böyük rol oynayır. Personal texniki sahə və məhsulların düzgün tətbiqində yüksək təcrübəyə malikdir. Məhz bu Q8Oils-i öz rəqiblərindən fərqləndirir.